Medianews.az
Cüdoçumuz yarımfinala
97 baxış

Cüdoçumuz yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

Medianews.az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı 1/4 finalda serbiyalı Vasiliye Gruyiçiçi məğlub edib.

O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kq) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.//Milli.Az

Bizə qoşulun