Medianews.az
DÇ-2026-da növbəti İSTEFA:
88 baxış

DÇ-2026-da növbəti İSTEFA: Bekkasese də getdi

Ekvador millisinin baş məşqçisi Sebastiyan Bekkasese, komandasının DÇ-2026 ilə vidalaşmasından sonra postunu tərk etdiyini elan edib.

Medianews.az xəbər verir ki, mütəxəssis müqavilə müddətinin başa çatdığını bildirərək bu sözlərlə vidalaşıb:

“Müqaviləmiz Dünya Çempionatının bitməsi ilə yekunlaşırdı və bizim üçün bu turnir bu gün bitdi. Vəd etdiyimiz tarixi uğuru qazana bilmədik, amma arxamızda çox sadiq və sülhsevər bir komanda qoyuruq. Bəzən tanrının planları fərqli olur və biz bununla razılaşmalıyıq. Bu gün mən bu gözəl ailə ilə vidalaşıram, lakin içim rahatdır, çünki əlimizdən gələn hər şeyi etdik”.

Qeyd edək ki, Ekvador millisi pley-offun ilk mərhələsində Meksika səddini keçə bilməyərək turnirdəki çıxışını vaxtından əvvəl başa vurub.

Medianews.az

Bizə qoşulun