“Dubay şokoladı” adı ilə məşhurlaşan fıstıqlı şirniyyatların sağlamlıqla əlaqəsi müzakirə olunur.
Medianews.az-ın məlumatına görə, diyetoloq Rob Qobson bildirib ki, fıstıq tərkibindəki lif, sağlam yağlar və mikroelementlərə görə çox faydalıdır. Lakin şokolad və krem şəklində təqdim olunan məhsulların əksəriyyəti şəkər, yağ və qatqılarla doludur, buna görə də faydası azalır.
Qobsonun sözlərinə görə, gündəlik standart porsiya 30 qram fıstıq hesab olunur. Bu miqdar orqanizmə gündəlik lif ehtiyacının 10 faizini təmin edir. Fıstıq kalori baxımından zəngin olsa da, ölçülü istehlak zamanı çəki artımına səbəb olmur.
Qobson xəbərdarlıq edir ki, fıstıq allergiyası olanlar və həzm problemləri yaşayanlar ehtiyatlı olmalıdır. O, həmçinin duzsuz və qabıqlı fıstıq seçməyi, onları yoqurt, salat və sıyıqla birləşdirməyi tövsiyə edir.
Medianews.az