Yaponiya Futbol Federasiyası futbol liqası ilə bağlı maraqlı qərar qəbul edib.
Medianews.az xəbər verir ki, qərarə əsasən yeni başlayan mövsümdə oyunlar heç-heçə yekunlaşmayacaq. Qaydalara əsasən matçın əsas vaxtı heç-heç yekunlaşsa, qalib penaltilərlə müəyyən ediləcək. Oyunun əsas vaxtında qalib olan klub 3 xal, penaltilərlə qələbə qazanan klub 2 xal, məğlub olan klub isə 1 xal qazanacaq.
Bildirilir ki, çempionat qısaldılmış formatda keçiriləcəyi üçün belə qərar qəbul edilib. Məqsəd Yaponiya liqasını Avropa ölkələrinin liqaları ilə eyni vaxtda yekunlaşdırmaqdır. Gələn mövsümdən isə Yaponiya Futbol Federasiyası Avropada tətbiq olunan "payız-yaz" sistemini tətbiq edəcək.