Medianews.az
Gizli əlaqə: Böyrək funksiyası beyin sağlamlığına
60 baxış

Gizli əlaqə: Böyrək funksiyası beyin sağlamlığına necə təsir edir?

Alimlər böyrəklərin fəaliyyəti ilə beyin sağlamlığı arasında gözlənilməz əlaqə aşkar ediblər. Araşdırmaya görə, böyrəkləri zəif işləyən insanların qanında Alzheimer xəstəliyi ilə əlaqəli maddələr daha çox olur.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat Karolinska İnstitutu alimləri tərəfindən aparılıb.

21 ölkədən 62 mindən çox insanın məlumatları araşdırılıb.

Mütəxəssislər böyrəklərin qanı nə qədər yaxşı süzdüyünü göstərən əsas göstəricini (eGFR) araşdırıblar. Məlum olub ki, bu göstərici azaldıqca, qanda Alzheimerlə əlaqəli bəzi maddələrin səviyyəsi artır.

Alimlər bildirirlər ki, bu nəticələr o demək deyil ki, hər böyrək xəstəsi Alzheimer olacaq. Amma demans riskini qiymətləndirən qan analizlərinə baxarkən böyrəklərin vəziyyəti mütləq nəzərə alınmalıdır. Əks halda, analiz nəticələri yanlış şərh oluna bilər.

Mütəxəssislərin sözlərinə görə, həm böyrək, həm də beyin sağlamlığını qorumaq üçün sağlam qidalanma, təzyiqə nəzarət və müntəzəm tibbi müayinələr vacibdir.

Medianews.az

Bizə qoşulun