Goranboyda 34 yaşlı kişi bıçaqlanıb.
Medianews.az bildirir ki, "Unikal"ın məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib. Kənd sakini - 1992-ci il təvəllüdlü P.Əsgərov qarın boşluğunun kəsici-deşici alətlə xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal xəstə əməliyyat edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 34 yaşlı kişi qonşusu tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.