İstanbulda fəaliyyət göstərən azərbaycanlı dermatoloq Zeynep Gürbüz (əvvəlki adı soyadı Zeynəb İsayeva) peşəkar fəaliyyəti və uğurları ilə diqqət çəkən mütəxəssislərdən biridir.
Zeynep Gürbüz Bakıda anadan olub.
Orta məktəbi Bakıda yüksək nəticələrlə bitirib.
O, ali tibbi təhsilini Türkiyədə davam etdirərək Marmara Universiteti Tibb Fakültəsində təhsil alıb və “Tibb doktoru” ixtisasına yiyələnib.
Daha sonra ixtisaslaşma mərhələsində İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsində dermatologiya üzrə təhsilini tamamlayaraq bu sahədə mütəxəssis olub.
Məlumata görə, həkim ixtisaslaşma dövründə müxtəlif klinik və elmi fəaliyyətlərdə iştirak edib, dermatologiya sahəsində praktiki və nəzəri biliklərini inkişaf etdirib.
Hazırda İstanbulun Kadıköy və Ataşehir bölgələrində fəaliyyət göstərən Zeynep Gürbüz müxtəlif dəri xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğuldur.
Bununla yanaşı, onun estetik dermatologiya sahəsində də xidmət göstərdiyi bildirilir. Müasir lazer prosedurları, dəriyə qulluq və cavanlaşdırıcı müalicələr onun fəaliyyət istiqamətlərinə daxildir.
Qeyd edək ki, Zeynep Gürbüz tanınmış alim və Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının qızıdır./Oxu24.com/