Medianews.az
Elza Seyidcahanın duyğulara toxunan yeni əsəri -
157 baxış

Elza Seyidcahanın duyğulara toxunan yeni əsəri - "Yalnız Mənimsən” böyük maraqla qarşılandı

Azərbaycan Respublikanın Əməkdar Artisti Elza Seyidcahan və ifaçı Rasimə Seyidcahanın birgə təqdim etdiyi “Yalnız Mənimsən” mahnısı artıq dinləyicilərin ixtiyarına verilib.Duyğusal notlarla zəngin olan yeni musiqi əsəri həm melodiyası, həm də maraqlı yaranma hekayəsi ilə sosial mediada böyük maraq doğurub. Mahnının tam versiyasını sənətçilərin rəsmi YouTube kanalında dinləmək mümkündür.

“Yalnız Mənimsən” əsərinin yaranma tarixçəsi də xüsusi diqqət çəkir. Belə ki, Elza Seyidcahan konservatoriyada təhsil aldığı illərdə keçirilən konsertlərin birində tanınmış şair Nüsrət Kəsəmənli də iştirak edib. Gənc ifaçının çıxışını bəyəndikdən sonra şair ona öz şeirlərindən birini təqdim edib və həmin sözlərə mahnı bəstələməyi tövsiyə edib.

Məhz bu görüşün nəticəsində duyğusal və təsirli “Yalnız Mənimsən” əsəri ərsəyə gəlib.

Mahnının təqdimatında gənc istedad Zaur Kərimli də yer alıb. Güclü səhnə enerjisi və özünəməxsus tərzi ilə diqqət çəkən Zaur Kərimli layihəyə xüsusi rəng qatıb. Elza Seyidcahanın hər zaman gənc istedadlara dəstək olması bu layihədə də öz əksini tapıb və sənətçi öz missiyasına sadiq qalaraq yeni simalara yol açmağa davam edib.

Mahnının musiqisi Elza Seyidcahana, sözləri isə mərhum şair Nüsrət Kəsəmənliyə məxsusdur.

Yeni mahnı həm musiqisi, həm də yaranma hekayəsi ilə dinləyicilərin diqqətini cəlb etməyi bacarıb.

Bizə qoşulun