Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasına yeni müstəqil üzv seçilib.
Medianews.az Oxu24.com-a istinadla bildirir ki, şirkətin idarəetmə orqanına Orxan Bayramov müstəqil üzv kimi daxil olub.
Hazırda Direktorlar Şurasına sədrlik Tokay Əlizadəyə məxsusdur. Şuranın digər üzvü isə Vəlihəd Səfərovdur.
“AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb və ölkənin yeganə təkrarsığorta şirkəti statusunu daşıyır. Şirkətin nizamnamə kapitalı 50 milyon manatdır. Səhmlər 6 fiziki şəxsə məxsusdur, onların adları ictimai açıqlanmır.
“AzRe Təkrarsığorta” eyni zamanda “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır./kredit..az