ABŞ-li oyuncaq dizayneri və "He-Man və Kainatın hökmdarları" cizgi serialının məşhur personajı "He-Man"ın ortaq yaradıcısı Rocer Svit həyatının 92-ci ilində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı "Variety" nəşri paylaşıb.
Nəşrin məlumatına əsasən, R.Svit uzun müddət davam edən xəstəlikdən sonra 91 yaşında vəfat edib. O, "Mattel" korporasiyasında fəaliyyət göstərib və "He-Man" obrazının konsepsiyasını hazırlayan əsas şəxslərdən biri kimi tanınır. "He-Man" 1980-ci illərdə oyuncaqlar seriyasını, animasiya serialını və komiksləri özündə birləşdirən populyar franşizanın əsas qəhrəmanıdır. Bu obraz o dövrün uşaq malları sənayesinin vacib simvollarından birinə çevrilib və qlobal səviyyədə böyük şöhrət əldə edib. Hazırda bu franşiza çərçivəsində yeni ekran işinin nümayişinə hazırlıq görülür.//Oxu.Az