Medianews.az
Hörmüzdə gərginlik artır:
120 baxış

Hörmüzdə gərginlik artır: İran yeni icazə sistemi tətbiq edir

İran Hörmüz boğazından keçən gəmilər üçün yeni icazə sistemi tətbiq etdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, yeni qaydalara görə, gəmilər boğaza daxil olmadan əvvəl İran qurumlarından e-poçt vasitəsilə icazə almalıdır.

Bu addım ABŞ prezidenti Donald Trampın “Azadlıq aktı”nın müvəqqəti dayandırıldığını elan etməsindən sonra atılıb. Vaşinqton həmin layihə çərçivəsində boğazda qalan neytral ölkə gəmilərinin keçidinə dəstək verdiyini bildirirdi.

Tehran yeni sistemi “suveren idarəetmə modeli” kimi təqdim edir. Analitiklərə görə, bu qərar İranın Hörmüz üzərində nəzarətini gücləndirmək və beynəlxalq ictimaiyyətə nümayiş etdirmək məqsədi daşıyır.

Dünya neft və qaz daşımalarının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında son addımlar regionda gərginliyin yenidən artdığına işarə edir. Yeni qaydalar enerji bazarlarında da narahatlıq yaradıb.

Bölgədə mümkün hərbi müdaxilə və ABŞ-İran qarşıdurması ilə bağlı risklər qalmaqdadır. Müşahidəçilər xəbərdarlıq edir ki, Hürmüzdə yeni gərginlik qlobal enerji bazarlarına və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər.

Medianews.az

 

Bizə qoşulun