Medianews.az
İftardan sonra ərik qurusu yeməyin
147 baxış

İftardan sonra ərik qurusu yeməyin FAYDALARI

Ramazan ayında az miqdarda, lakin düzgün qidalanmaq xüsusilə önəmlidir. Əks halda qəbizlik, qarın şişkinliyi və həzm problemləri yarana bilər.

Medianews.az xəbər verir ki, mütəxəssislər liflə zəngin ərik qurusu yeməyi tövsiyə edir.

İftardan sonra 4 ədəd ərik qurusu yemək bağırsaqlarınız yaxşı işləməsinə səbəb olur. Həmçinin uzun müddətli açlıqdan sonra qan şəkərinin tədricən yüksəlməsinə kömək edir.

Quru ərik tərkibində təbii şəkər olduğundan qanda şəkərin səviyyəsinin mütənasib artmasına səbəb olur.

Bol vitamin və mineral ehtiva edərək enerjinin təxminən 30%-ni qarşılayır, A vitamininin 40%-ni təmin edir və orqanizmi dinç saxlayır.

Hüceyrələrin yenilənməsini dəstəkləyir, metabolizmi sürətləndirir və kilo alımının qarşısını alır.

Qaraciyərin  toksinləri atmasına kömək edir, il ərzində yığılan zərərləri azaldır.

Mütəxəssislər quru əriklə birlikdə kifayət qədər su içməyi də tövsiyə edir.

Medianews.az

 

Bizə qoşulun