Medianews.az
İngiltərənin nəhəng klubları
116 baxış

İngiltərənin nəhəng klubları "Bavariya"nın futbolçusu ilə maraqlanır

İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları Almaniya təmsilçisi "Bavariya"da çıxış edən Maykl Olise ilə maraqlanır.

Report xəbər verir ki, Premyer Liqa komandaları 24 yaşlı cinah oyunçusunu yayda heyətinə qatmağa çalışacaqlar.

Münhenlilər isə öz növbəsində oyunçunu toxunulmaz hesab etmir. Ölkə çempionu fransalı yarımmüdafiəçi üçün 150 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, Maykl Olise cari mövsüm Bundesliqada 21 matçda 10 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizə qoşulun