İtaliya futbolunun tanınmış simalarından biri, vaxtilə "İnter" klubunun heyətində çıxış etmiş Evaristo Bekkalossi 70 yaşında vəfat edib.
Medianews.az xəbər verir ki, sabiq yarımmüdafiəçi müalicə aldığı Breşiya şəhərindəki klinikalardan birində dünyasını dəyişib.
Məlumata görə, o, 2025-ci ilin yanvarında ciddi xəstəlik keçirib və uzun müddət komada qalıb. Bundan sonra futbolçunun vəziyyəti stabilləşməyərək ağır olaraq davam edib.
Xatırladaq ki, Evaristo Bekkalossi 1980-ci ildə "İnter"ilə İtaliya çempionluğunu qazanıb. O, 1982-ci ildə isə Milan təmsilçisi ilə ölkə kubokuna sahib çıxıb.
1985-ci ildə "Sampdoriya" klubunun formasını geyinən sabiq futbolçu burada da İtaliya Kubokunu qazanmağı bacarıb. Karyerası ərzində o, həmçinin "Breşiya" və "Monza" komandalarında da çıxış edib.//Milli.Az
