Fransa Hərbi Dəniz Qüvvələrinin 400 illiyini qeyd etmək üçün Marseldə planlaşdırılan dəniz paradı ləğv edilib.
Medianews.az "Yeni Sabah"-a istinadla xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyi məlumat verib.
“Dəniz Qüvvələrinin hazırkı əməliyyat tapşırıqlarını və onların prioritetini nəzərə alaraq, Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 8 may tarixində Marsel limanında planlaşdırılan dəniz qabiliyyətləri nümayişini ləğv etmək qərarına gəlib", - deyə bildirilib.
Gəmilərin əksəriyyətinin, o cümlədən "Şarl de Qoll" aviadaşıyıcısının İsrailin Livandakı hərbi əməliyyatı və ABŞ-İsrail müharibəsi ilə bağlı missiyalarda iştirak etdiyi vurğulanıb.