Medianews.az
İrandan Azərbaycana ümumilikdə bu qədər insan təxliyə
65 baxış

İrandan Azərbaycana ümumilikdə bu qədər insan təxliyə EDİLİB

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

28 fevral 8.00-dan - 7 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1761 nəfər təxliyə olunub.

Belə ki, 487 Çin, 297 Azərbaycan, 282 Rusiya, 173 Tacikistan, 118 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 21 İran, 16 Fransa, 13 Gürcüstan, 10 Bolqarıstan, 10 Konqo, 8 Braziliya, 8 Böyük Britaniya, 7 Belarus, 7 Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, Kanadanın hər birinin 6, Serbiya, Nigeriya, Qazaxısta, Əfqanıstan, Çexiyanın hər birinin 5, Bəhreyn, İordaniya, İsveçrə, Şri-Lanka, Yaponiya, Ukrayna, Türkiyə, Macarıstan, Belçika və Küveytin hər birinin 4 vətəndaşı təxliyə edilib.

Siyahıda həmçinin Qətər, Banqladeş, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprin hər biri üzrə isə 2 vətəndaş yer alıb. Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, İsveç, Almaniya və Vatikanın hər biri üzrə isə 1 nəfər Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə edilib./Trend.Az

Bizə qoşulun