İran milli futbol komandasının 23-cü dünya çempionatına qatılmayacağı anonsu verilib.
İyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək çempionatda 48 komanda 12 qrupa bölünüb. İran millisi G qrupunda Belçika, Misir, Yeni Zelandiya yığmalarına rəqibdir. Qrupun bütün oyunları ABŞ-a salınıb.
Fevralın 28-dən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlar aparır. Ölkənin idman naziri martın 11-də bu şəraitdə milli komandanın ABŞ-a səfərinin mümkün olmadığını bəyan edib.
Medianews.az bildirir ki, İran millisi turnirə Asiya zonasının seçmə mərhələsindən vəsiqə alıb. Yığıma turnirdən kənarda qalarsa, onu Asiyanın başqa bir millisinin əvəzləyəcəyi gözlənir.
Martın 31-də Asiya təmsilçisi İraq dünya çempionatına vəsiqə uğrunda matça çıxmalıdır. Ona martın 26-da keçiriləcək Boliviya – Surinam oyununun qalibi rəqib olacaq. Bu üçlükdən birini dünya çempionatının İ qrupunda Fransa, Seneqal və Norveç milliləri gözləyir.
İran millisinin çempionata getməyəcəyi halda onun yerini İraqın tutacağı, Boliviya – Surinam cütünün qalibi ilə isə İraqın ələdiyi Birləşmiş Ərəb Əmirlikləri yığmasının görüşəcəyi real görünür.
Toğrul Əli,
Medianews.az