Medianews.az
Klassik toy yox, at üstündə nikah -
139 baxış

Klassik toy yox, at üstündə nikah - VİDEO

İstanbulun Esenyurt rayonunda maraqlı və fərqli nikah mərasimi keçirilib. Behçet Demir və Dilara Eren cütlüyü nikahlarını at belində kəsdirərək diqqət çəkib.

Medianews.az-ın məlumata görə, cütlük bir müddət əvvəl bələdiyyəyə məxsus atçılıq mərkəzində tanış olub.

Evlilik qərarından sonra onlar klassik toy mərasimi əvəzinə ortaq maraqlarını əks etdirən fərqli bir nikah keçirməyə qərar veriblər. Gəlinlik və bəy kostyumunda atlara minən cütlük mərasim iştirakçılarının marağına səbəb olub.

Bəy Behçet Demir bildirib ki, nikah şahidi kimi atın seçilməsi də planlaşdırılıb, lakin bu təklif qəbul edilməyib. “At üstündə evlənmək mənim üçün vacib idi. Həyat yoldaşım da yaxşı at sürür və bu ideyanı dəstəklədi. Şahidi də at etmək istədik, amma buna icazə verilmədi”, – deyə o qeyd edib.

Gəlin Dilara Eren isə bu məkanın onlar üçün xüsusi anlam daşıdığını vurğulayıb: “Biz məhz burada tanış olmuşuq. Ona görə də nikahın da burada keçirilməsini istədik”.

Medianews.az

Bizə qoşulun