Medianews.az
 Kral ailəsində yeni gərginlik:
68 baxış

Kral ailəsində yeni gərginlik: Harri və Uilyam yenidən üz-üzə

Avstraliyada keçirilən dörd günlük özəl səfərdən sonra şahzadə Harri ilə şahzadə Uilyam arasında münasibətlərin daha da pisləşdiyi bildirilir.

Medianews.az xəbər verir ki, şahzadə Harri və həyat yoldaşı Meqan Markl Məlburn, Kanberra və Sidney şəhərlərinə səfər edərək veteranlarla və xəstəxanalardakı uşaqlarla görüşüblər.

İnsayderlərin iddiasına görə, bu səfər şahzadə Uilyam tərəfindən rəsmi statusu olmayan, lakin kral səfərinə bənzər tur kimi qiymətləndirilib və bu da narazılıq yaradıb. Çünki Harri və Meqan artıq 6 ildir ki, kral ailəsinin rəsmi vəzifələrindən çəkiliblər və ABŞ-dэ yaşayırlar.

Münasibətləri daha da gərginləşdirən məqam isə şahzadə Harrinin çıxışı olub. O, 1997-ci ildə anası şahzadə Diananın ölümündən sonra “bu işi istəmirəm” dediyini açıqlayıb. Bu bəyanatın şahzadə Uilyam üçün xüsusilə ağır qəbul edildiyi bildirilir.

Məlumatlara görə, qardaşlar 2024-cü ilin avqustundan bəri ünsiyyət qurmur. Yayda baş tutacaq ailə tədbirində onların yenidən eyni məkanda olacağı gözlənilir və bu da mümkün yeni qalmaqal ehtimalını artırır.

Medianews.az 

Bizə qoşulun