Kredit borcunu bağlayanlar ödədikləri sığortanın bir hissəsini geri ala bilərlər.
Milli.Az xəbər verir ki, kredit rəsmiləşdirilərkən həyat sığortası tətbiq olunubsa və ya kredit sənədlərinə sığorta müqaviləsi əlavə edilərək imzaladılıbsa, borc tam ödənildikdən sonra həmin sığorta vəsaitin bir hissəsini geri almaq mümkündür.
Bu halda sığortaya ödənilmiş məbləğin 20 faizi komissiya kimi tutulur, qalan 80 faizi isə müştəriyə qaytarılır.
Bunun üçün vətəndaş kredit götürdüyü filiala müraciət edərək filial müdirindən ərizə almalı, daha sonra sığorta şirkətinə yaxınlaşaraq eyni şəkildə orada da ərizə yazmalıdır. Bununla da ödənilən vəsaitin 80%-ni geri almaq mümkündür.