Medianews.az
Macarıstanda yeni hökumət necə qurulur?
164 baxış

Macarıstanda yeni hökumət necə qurulur?

Macarıstanda yeni hökumətin 16 naziri olacaq. Bu, əvvəlki hökumətlə müqayisədə 5 nəfər çoxdur.

Medianews.az bildirir ki, ölkədə aprelin 12-də keçirilmiş parlament seçkisində Peter Macarın Hörmət və Azadlıq Partiyası 199 nəfərlik Dövlət Məclisinə 141 mandat alaraq hökumət qurmaq hüququ əldə edib. Mayın 9-da Peter Macar parlamentdə and içərək baş nazir kürsüsünə oturub. Hökumət üzvləri baş nazirin təqdimatı ilə təyin olunur.

2010-cu ildən Macarıstana Macar Vətəndaş İttifaqının lideri Viktor Orban baş nazirlik edib. O, 1998-2002-ci illərdə də eyni postu tutub.

1981-ci il təvəllüdlü Peter Macar 2002-2024-cü illərdə Macar Vətəndaş İttifaqının üzvü olub. Viktor Orbanla yolları ayrılandan sonra Peter Macar Hörmət və Azadlıq Partiyasına qoşularaq 2024-cü il iyulun 22-də qurumun lideri seçilib.

Medianews.az

Bizə qoşulun