Medianews.az
"Qanuni oğru"nun oğlu Balidə girov götürülüb -
194 baxış

"Qanuni oğru"nun oğlu Balidə girov götürülüb - VİDEO

Cinayətkar qruplaşma lideri - "qanuni oğru" kimi tanınan ukraynalı İqor Komarovun oğlu girov götürülüb.

Medianews.az xəbər verir ki, hadisə İndoneziyanın turistik Bali adasında baş verib.

Sosial şəbəkələrdə yayılan videoda 28 yaşlı gəncin zorakılığa məruz qaldığı və atasına müraciət edərək yardım istədiyi görünür. Girov götürənlər onun azad olunması üçün 10 milyon dollar tələb ediblər. Bildirirlər ki, məbləğ qısa müddətdə ödənilməsə, daha ağır zorakılıq tətbiq olunacaq.

Cinayətkarlar həmçinin heç bir polis qurumunun və ya cinayətkar qruplaşmanın Komarovu xilas edə bilməyəcəyini iddia edirlər. Onlar Komarovun oğlunu guya vaxtilə özlərindən oğurlanmış pulu geri qaytarmaq üçün girov götürdüklərini söyləyirlər.

Hadisə beynəlxalq təhlükəsizlik qüvvələrini hərəkətə gətirib.

Medianews.az

Bizə qoşulun