Medianews.az
Həkim mağaza soyuducusunda ölü tapıldı -
184 baxış

Həkim mağaza soyuducusunda ölü tapıldı - FOTOLAR

ABŞ-də 32 yaşlı anestezioloq Helen Massiel Qaray Sançesin meyiti bir mağazanın soyuducusunda tapılıb.

Medianews.az xəbər verir ki, hadisə dekabr ayında, Florida ştatının Mayami şəhərində baş verib.

Qadın bir axşam mağazaya daxil olub. Oradan heç nə almayıb və işçilərin otağındakı soyuducuya girib. İşçilərdən heç biri bunu hiss etməyib. Növbəti gün səhər qadın soyuducuda çılpaq - donmuş halda tapılıb.

Araşdırma zamanı məlum olub ki, qadının qanında spirt səviyyəsi 0,08 faizlik limitdən artıq - 0,112 faiz təşkil edib. Məhkəmə ekspertizasının rəyinə görə, hədsiz spirtli içkidən qadında intoksikasiya baş verib və o, hipotermiyadan (donmadan) keçinib.

Polis bildirib ki, hadisədə kənar qəsd, cinayət motivi yoxdur.

Zərərçəkənin ailəsi mağaza menecerinə və bütövlükdə şəbəkəyə qarşı 50 milyon dollardan artıq məbləğdə təzminat iddiasl qaldırıb. Zərərçəkən tərəf müştərinin itkin düşməsindən xəbərdar olan menecerin onu axtarıb xilas etmək üçün addım atmadığını bildirir.

Şəbəkənin nümayəndələri ailəyə başsağlığı veriblər və istintaqla tam əməkdaşlıq edəcəklərini vəd ediblər.

Medianews.az

Bizə qoşulun