“Ortaq yeməklər cütlüklər arasında emosional bağı gücləndirir”.
Medianews.az xəbər verir ki, bunu psixoloq Andrea Oskis deyib.
Onun sözlərinə görə, münasibətin mərhələsindən asılı olmayaraq, birlikdə yemək tərəfləri bir-birinə daha da yaxınlaşdırır.
Mütəxəssis sevdiyiniz və nostalji hisslər oyadan yeməkləri partnyorla paylaşmağı tövsiyə edir. Onun sözlərinə görə, bir-birinin zövqlərinə açıq olmaq, birlikdə yemək bişirmək və alış-veriş etmək də münasibətləri möhkəmləndirir.
Effektli ünsiyyət üçün isə yemək zamanı telefon və televizordan uzaq qalmaq vacibdir.
Medianews.az