“ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatı bu yaxınlarda dayandırmaq fikiri yoxdur”.
Medianews.az xəbər verir ki, bunu ABŞ-nin Massaçusets ştatından demokrat senator Ed Marki deyib.
"Mən indicə İranla bağlı məxfi görüşdən çıxdım və görüş, artıq bildiklərimizin təsdiqlənməsi ilə nəticələnib. Donald Tramp qanunsuz müharibə aparır və ona son qoymaq planı yoxdur", - deyə siyasətçi bildirib.
O, həmçinin qeyd edib ki, onun fikrincə, Amerika lideri İranın raket potensialı barədə yalan danışır və bu məlumatdan ABŞ-i Yaxın Şərqdəki daha bir sonsuz münaqişəyə cəlb etmək üçün istifadə edir.
Medianews.az