Medianews.az
Məşhur aktrisa illər sonra görüntüləndi -
266 baxış

Məşhur aktrisa illər sonra görüntüləndi - FOTO

Uzun müddətdir ekranlardan uzaq həyat yaşayan aktrisa Selin Demiratar illər sonra alış-veriş mərkəzində görüntülənib.

Medianews.az xəbər verir ki, onun son halı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bir dövrün məşhur simalarından olan Demiratar aktyorluq karyerasını başa vurduqdan sonra sakit və gözlərdən uzaq həyat tərzi seçib. Təbii və sadə görünüşü izləyicilər tərəfindən maraqla qarşılanıb.

Aktrisa daha əvvəl açıqlamasında həyat yoldaşı və ev heyvanları ilə birlikdə xoşbəxt həyat sürdüyünü bildirib. O, serialları artıq izləyici kimi izlədiyini, çəkiliş meydanlarına qayıtmaq barədə isə hələ qərarsız olduğunu qeyd edib.

Qeyd edək ki, Demiratarın görüntüləri maqazin proqramı olan Snob Magazin kameraları tərəfindən lentə alınıb. Sosial mediada onunla bağlı “heç dəyişməyib”, “illər ona təsir etməyib” kimi rəylər paylaşılıb.

Medianews.az

 

Bizə qoşulun