Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən və "Pitomnik bağı” kimi tanınan ərazidə parkın ləğv edildiyini iddia edilir.
Medianews.az Xəzər TV-yə istinadla xəbər verir ki, səbəb kimi ərazidə yeni binaların tikiləcəyi göstərilir.
Parkda istirahət edən sakinlər isə deyirlər ki, gölün doldurulması və parkın ləğv edilməsi xəbərləri həqiqəti əks etdirmir.
İddialarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, faktla bağlı aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilib. Sözügedən ərazidə mütəmadi olaraq iməciliklər həyata keçirilir və ağaclara aqrotexniki qulluq göstərilir.