Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən Nəsrəddin Tusi adına 3 saylı pedaqoji universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlər ağır şəraitdən şikayətlənirlər. 1993-cü ildən Füzuli, Ağdam, Qubadlı və digər rayonlardan olan ailələrin yaşadığı binanın fasadı qopub tökülür, dam örtüyü axır, elektrik şitlərinin tez-tez alışdığı bildirilir.
Medianews.az xəbər verir ki, “Xəzər Xəbər”ə danışan sakinlərin sözlərinə görə, zirzəminin su ilə dolu olması səbəbindən binanı siçan və həşərat basıb. Onlar mənzillərdə iri siçanların dolaşdığını, uşaqların gecə qorxu içində yatdığını deyirlər. Eyni zamanda, yataqxanada bit problemi olduğu, mənzillərin mütəmadi dərmanlanmadığı iddia edilir.
Daha ətraflı süjetdə: