Medianews.az
Qurban Qurbanov bu komandaya
92 baxış

Qurban Qurbanov bu komandaya 10 min ayırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zaqatala”ya maddi yardım göstərib.

Medianews.az Sportinfo-ya istinadən xəbər verir ki, o, doğma rayonunun eyniadlı təmsilçisinə 10000 manat ianə ayırıb.
Həmin məbləğ komandanın müəyyən məsrəflərinin qarşılanması üçün nəzərdə tutulub.
Əyalət klubu 12 ildir I Liqada mübarizə aparır. Ağdamlıların çalışdırıcısı ötən müddət ərzində daim “yaşıllar”a kömək əlini uzadıb. Onun böyük qardaşı Musa Qurbanov da buradadır. Tanınmış funksioner Müşahidə Şurasında yer alır.
“Zaqatala” hazırda I Liqanın ortababları arasındadır. Rüstəm Məmmədovun çalışdırdığı kollektiv 14 tur ərzində 18 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Bizə qoşulun