2026-cı il Milano–Kortina 2026 Qış Olimpiya Oyunlarında iki gümüş medal qazanan məşhur sərbəst xizəkçi Eylin Qu bu dəfə idman uğurları ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, ABŞ-də doğulan və Çin adına yarışan 22 yaşlı idmançının yalnız dəvətlə qoşulmaq mümkün olan tanışlıq tətbiqində profilinin göründüyü iddia edilir.
Adətən məşhurların, idmançıların və iş dünyasının varlı şəxslərinin istifadə etdiyi bu tətbiqdə Eylin Quya aid olduğu deyilən profil qısa müddətdə sosial mediada diqqət çəkib.
İddia olunan profildə idmançı barədə bir sıra şəxsi məlumatlar yer alıb:
- Yaş: 22
- Boy: 175 sm
- Dil bilikləri: ingilis və mandarin (Çin Xalq Respublikasının rəsmi dili sayılan əsas Çin-Tibet dili)
- Vətəndaşlıq: Çin
- Peşə: model və idmançı
- Təhsil: Stanford Universiteti
- Sərvəti: təxminən 50 milyon dollar
- Maraqları: fəlsəfə, kvant fizikası, gündəlik yazmaq
- Hobbilər: qaçış, xizək sürmə, piano
Profil məlumatlarında onun keçmiş münasibətlərindən birinin kriptovalyuta milyarderi Çanpen Zao ilə olduğu da iddia edilir.
İdman və akademiyada uğurlu karyera
ABŞ-də doğulan Qu Çin yığmasının heyətində çıxış edir və idman nailiyyətləri ilə yanaşı akademik fəaliyyəti ilə də tanınır. O, Stanford Universitetində təhsil alır və eyni zamanda bir sıra beynəlxalq lüks brendlərin reklam siması kimi moda sənayesində də aktivdir.
“Qar şahzadəsi”
2026 Qış Olimpiadasında iki gümüş medal qazanan idmançı sosial şəbəkələrdə milyonlarla izləyiciyə sahibdir. “Forbes”in məlumatına görə, “Qar şahzadəsi” ləqəbi ilə tanınan Qu, illik təxminən 23 milyon dollar gəlirlə dünyanın ən çox qazanan idmançıları sırasındadır.
Medianews.az

