Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messinin bacısı Maria ağır qəza keçirib.
“Qafqazinfo” xəbər verir ki, o, huşunu itirdikdən sonra avtomobilin idarəetməsini itirib və maşın divara çırpılıb.
Qəza nəticəsində Marianın onurğasında, dabanında və biləyində sınıqlar, həmçinin müalicəsi çətin olan yanıq xəsarətləri yaranıb.