Aparıcı Mətanət Əliverdiyeva həmkarlarına müraciət edib.
Medianews.az xəbər verir ki, o, Xəzər axşamı verilişində aparıcıların öz proqramlarına dəvət etdikləri qonaqlara qarşı daha həssas və diqqətli olmalarının vacibliyini vurğulayıb:
“Mən etik normaları gözləyən bir insanam. Verilişimə gələn qonaqdan nəyisə soruşacağamsa, reklam zamanı bu mövzuya toxunmaq istədiyim barədə icazə alıram. Bəlkə xoşuna gəlməyəcək, mənim qonağımdır, axı niyə xətrinə dəyməliyəm? Elə şeylər var ki, qonağın "mətbəxi"dir, birbaşa soyuducunu açıb baxmaq olmaz. Bəlkə heç nə yoxdur, niyə mənim yanımda utanmalıdır? Hər şeyi gözləmək lazımdır. Aparıcılar, icazəsiz heç kimin mətbəxinə girməyin. Çünki qonaq sizin haqqınızda elə şey bilər və üzünüzə qaytarar ki, özünüz pis vəziyyətdə qalarsınız”.