Karlo Ançelotti Salvadorda keçirilən karnavalda iştirak edib.
Medianews.az Lent.az-a istinadən məlumatına görə, Karlonun “selesao” formasının rənginə uyğun gələn köynəkdə durduğunu göstərən görüntüləri paylaşlııb.
Braziliyalı müğənni Leo Santana Karlodan karnavaldakı çıxışı zamanı Neymarı milli komandaya çağırmasını istəyib.
"Bu, sadəcə bir azarkeşin xahişidir. Bağışlayın, bu fürsəti əldən verə bilmədim".
"Məsləhətiniz üçün təşəkkür edirəm!" – Karlo deyib.
Daha əvvəl Ançelottinin Braziliya milli komandası ilə müqaviləsini uzadacağı bildirilib. Komandanın tarixində ilk əcnəbi məşqçinin rəhbərliyi altında Braziliya millisi 2026-cı il Dünya çempionatına vəsiqə qazanıb.
Final mərhələsində Braziliya Mərakeş, Haiti və Şotlandiya ilə bir qrupa düşüb.