Azərbaycanda bələdiyyə sədri vəfat edib.
Ağcabədi rayonu Sarıcalı, Taynaq və Poladlı kənd Bələdiyyəsinin sədri Namiq Salahov 64 yaşında dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Salahov Namiq Dostu oğlu 1961-cı il iyunun 26-da Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub.
1977-ci ildə Sarıcalı kənd orta məktəbini bitirib. Ali təhsilini başa vurduqdan sonra - 1981-ci ilədək Sarıcalı kənd Mədəniyyət evinin direktoru işləyib.
1983-1988 illərdə Ağcabədi Rayon İstehlak Cəmiyyətində (RAYPO) çalışıb.
Azərbaycanda bələdiiyyələr yarandığı gündən Sarıcalı Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Son bir ildə Sarıcalı, Taynaq və Poladlı Bələdiyyəsinin (birləşdirilmiş bələdiyyə) sədri olub./yenisabah
