Medianews.az
"Neftçi” “Qarabağ”a qalib gəldi, “Sabah” çempion oldu
156 baxış

"Neftçi” “Qarabağ”a qalib gəldi, “Sabah” çempion oldu

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu başa çatıb.

Medianews.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubunun qollarını Emil Səfərov və Bassala Sambu vurub. Qonaqların qoluna isə Elvin Bədəlov avtoqolla imza atıb.

Ağdam təmsilçisi 59 xalla ikinci, “ağ-qaralar” isə 47 xalla dördüncü pilləyə yüksəlib.

"Sabah" klubunun isə mövsümün bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşib.

Belə ki, "Qarabağ"ın "Neftçi"yə 1:2 hesabı ilə məğlub olmasından sonra "Sabah"ın çempion olacağı dəqiqləşib. "Sabah" 29 turdan sonra ən yaxın izləyicisi olan Ağdam təmsilçisini 13 xal qabaqlayır. Bu isə 4 tur ərzində xal fərqinin aradan qalxmayacağı deməkdir.

2019-cu ildə yaranan "Sabah" tarixi ərzində ilk çempionluğunu yaşayıb.

21:47

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda ikinci qol vurulub.

Medianews.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 85-ci dəqiqəsində ev sahiblərinin heyətində Elvin Bədəlov avtoqol müəllifi olub – 1:1.

21:21

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda hesab açılıb.

Medianews.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün 55-ci dəqiqəsində ev sahiblərinin heyətində Emil Səfərov fərqlənib – 1:0.

21:07

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda ikinci hissə başlayıb.

Medianews.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüşün ilk yarısından sonra hesab açılmayıb – 0:0.

20:51

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda ilk hissə başa çatıb.

Medianews.az xəbər verir ki, komandalar “Palms Sports Arena”da təşkil olunan görüşün fasiləsinə qolsuz heç-heçə ilə yollanıblar.

20:01

Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınan “Neftçi”-“Qarabağ” oyunu başlayıb.

Medianews.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş saat 20:00-da start götürüb.

Ağdam klubu hazırda 56 xalla 2-ci, paytaxt təmsilçisi 44 xalla 5-cidir.

Bizə qoşulun