Medianews.az
Neftin real və büdcə qiyməti arasında
113 baxış

Neftin real və büdcə qiyməti arasında bu qədər fərq var

Aprelin 30-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 122,32 dollara satılır.

Medianews.az bildirir ki, bu, dövlət büdcəsində nəzərdə tutulandan 57,32 dollar yuxarı qiymətdir.

Neft fevralın 28-dən bəri ABŞ və İsraillə İran arasında gərginlik dalğasında kəskin bahalaşır.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. Energetika Nazirliyi 2026-cı ilin ilk rübündə kondensatla birlikdə neft hasilatını 6,6 milyon ton göstərib.

Medianews.az

Bizə qoşulun