Medianews.az
Nəzarətsiz ekran istifadəsi
90 baxış

Nəzarətsiz ekran istifadəsi psixologiyaya necə təsir edir?

Mütəxəssislər bildirir ki, rəqəmsal texnologiyalardan həddindən artıq istifadə xüsusilə uşaqlarda və gənclərdə asılılığa çevrilə bilər və bu, psixoloji problemlərə yol aça bilər.

Medianews.az xəbər verir ki, bununla bağlı türkiyənin İLKHA xəbər agentliyi məlumat yayıb.

Ağıllı telefonlar, sosial şəbəkələr və onlayn oyunlar informasiya və əyləncəni asanlaşdırsa da, nəzarətsiz istifadə zamanı diqqət pozğunluğu, yuxu problemləri, sosial izolasiya, narahatlıq və depressiya kimi hallara səbəb ola bilər.

Klinik psixoloq M. Yasin Çakıroğlunun sözlərinə görə, ekran asılılığı beynin mükafat sistemi ilə bağlıdır və istifadə zamanı yaranan dopamin ifrazı bu davranışın təkrarlanmasını gücləndirir. Zamanla bu, vərdişə və nəzarətsiz istifadəyə çevrilir.

Mütəxəssis həmçinin qeyd edir ki, uzunmüddətli ekran istifadəsi sanal qumar və riskli davranışlar üçün də zəmin yarada bilər.

Asılılıqla mübarizə üçün əsas addımlar:

  • Fərqindəlik yaratmaq: ekran istifadəsini hansı halların tetiklətdiyini anlamaq
  • Gündəlik rejimi tənzimləmək: yuxu, idman və sosial fəaliyyətləri artırmaq
  • Peşəkar dəstək almaq: psixoterapiya və lazım olduqda tibbi yardım

Mütəxəssislər erkən müdaxilənin asılılığın qarşısının alınmasında mühüm rol oynadığını vurğulayır.

Medianews.az

Bizə qoşulun