Od-ocağa baxmaq insan psixologiyasına sakitləşdirici təsir göstərə bilər.
Medianews.az xəbər verir ki, bunu antropoloq Polly Wiessner deyib.
Alimin sözlərinə görə, insanların min illər boyu od ətrafında toplaşması sosial və psixoloji bağları gücləndirib.
O bildirib ki, alovun ritmik hərəkəti və isti mühiti insanlarda rahatlıq hissi yaradır, stressi azalda və emosional gərginliyi aşağı sala bilər.
Mütəxəssisin fikrincə, od-ocaq həm də insanlar arasında ünsiyyəti artıran və təhlükəsizlik hissi yaradan qədim bir simvoldur.
Buna görə də alovun qarşısında oturmaq bir çox insan üçün psixoloji rahatlıq mənbəyi hesab olunur.