Medianews.az
Ofis mühitində toz tənəffüs sağlamlığı üçün
89 baxış

Ofis mühitində toz tənəffüs sağlamlığı üçün risk yaradır

Günün böyük hissəsini qapalı ofis mühitində keçirən əməkdaşlar görünməyən sağlamlıq riskləri ilə üzləşirlər. Yetərsiz havalandırma, toz toplayan xalça örtükləri, təmizlənməyən kondisionerlər və printer tonerləri tənəffüs yolları üçün təhlükə yarada bilər.

Medianews.az-ın məlumatına görə, türkiyəli mütəxəssi Aygül Güzel bildirib ki, xüsusilə xroniki ağciyər xəstələri ofis tozuna qarşı daha həssasdır.

Onun sözlərinə görə, toz allergiyası olan şəxslərdə göz yanması, qaşınma, burun axması və boğaz qıcıqlanması yarada bilər. Astma xəstələrində isə nəfəs darlığı, xırıltı, öskürək və sinədə sıxılma hissi müşahidə olunur. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi kimi xroniki xəstəliklərdə də simptomlar arta, iltihab güclənə və sağalma prosesi ləngiyə bilər.

Mütəxəssis qeyd edib ki, əgər şikayətlər ofisdə artır, evdə və ya məzuniyyət zamanı azalırsa, bu, problemin məhz iş mühiti ilə bağlı olduğuna işarədir.

Sağlam ofis üçün tövsiyələr

  • Ofislər mütəmadi və effektiv havalandırılmalıdır;
  • Toz saxlayan xalça və örtüklərdən istifadə məhdudlaşdırılmalıdır;
  • Mebellər quru deyil, nəm parça ilə silinməlidir;
  • Kondisioner filtrləri müntəzəm təmizlənməli və dəyişdirilməlidir;
  • Printer və kopiya aparatları iş sahəsindən ayrı zonada yerləşdirilməlidir.

Mütəxəssislər bildirirlər ki, bu tədbirlər ofis mühitində tozun azalmasına və əməkdaşların tənəffüs sağlamlığının qorunmasına kömək edir.

Medianews.az

 

Bizə qoşulun