Medianews.az
Ögey qızını öldürüb zirzəmidə
65 baxış

Ögey qızını öldürüb zirzəmidə gizlətdi

Rusiyanın Moskva vilayətində bir kişi 29 il əvvəl ögey qızının qətlinə görə mühakimə olunacaq.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 7 mart 1997-ci ildə baş verib.

Kişi sərxoş olub və 8 yaşlı ögey qızı ilə mübahisə əsnasında onu zorla itələyib.

Nəticədə qız ölümcül ağır baş zədəsi alıb. Hadisədən sonra kişi onu torbaya qoyub, mənzildən çıxarıb və bir binanın zirzəmisində gizlədib.

Keçmiş cinayətlər araşdırılarkən, zərərçəkmişin ögey atasının cinayətdə iştirakı müəyyən edilib. Axtarış zamanı cəsəd, boyunbağı və oyuncaq aşkar edilib. Qızın anası əşyaları müəyyən edib və onların qızına məxsus olduğunu təsdiqləyib.

O, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə ittiham olunur. Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Medianews.az

Bizə qoşulun