Keçmiş müdafiəçi Villi Sanyol hazırda Fransa millisinin heyətində çıxış edən ulduz vinqer Mişel Oliseni xeyli tərifləyib.
Medianews.az xəbər verir ki, 49 yaşlı veteran Oliseni dünyanın ən yaxşı futbolçusu hesab edir:
"Mişel Olise dünyanın ən yaxşısıdır, bütün digər oyunçulardan qat-qat öndədir. Əgər ilin sonunda o, “Qızıl top”u qazanmasa, deməli, futbolda ciddi şəkildə yanlış gedən nəsə var".
24 yaşlı ulduz cari mundialda çıxdığı 4 oyunda 5 assistlə yadda qalıb. O, həmyerlisi Raymon Kopanın rekordunu (8 assist) qırmağa iddialıdır./Yeni Sabah