Medianews.az
Ötən il 31 min 462 idi,
142 baxış

Ötən il 31 min 462 idi, bu il 28 min 631 olub

Bu il mayın 1-nə Azərbaycan əhalisinin sayını 10 milyon 270 min 338 nəfər olub.

Medianews.az bildirir ki, ötən il mayın 1-də ölkədə əhalinin sayı 10 milyon 236 min 227 nəfər olmuşdu.

Bu ilin yanvar-aprel aylarında 28 min 631 doğum, 21 min 277 ölüm, 11 min 422 nikah, 6443 boşanma qeydə alınıb.

Ötən ilin yanvar-aprel aylarında 31 min 462 doğum, 20 min 535 ölüm, 14 min 953 nikah, 6784 boşanma qeydə alınmışdı.

Ötən ilin ilk dörd ayı ilə müqayisədə hazırda Azərbaycanda doğum 9,6 faiz, nikahlar 22,7 faiz, boşanmalar 5 faiz azalıb. Ölüm halları isə 3,3 faiz artıb.

İndi ölkədə hər 1000 nəfərə 8,5 doğum, 6,3 ölüm, 2,2 nəfər təbii artım (doğum-ölüm nisbəti), 3,4 nikah, 1,9 boşanma düşür.

Medianews.az

Bizə qoşulun