Medianews.az
Paşinyanın açıqlamasının kökündə nə dayanır? -
104 baxış

Paşinyanın açıqlamasının kökündə nə dayanır? - İran Ermənistanı hədəf seçə bilər

Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarının birində ABŞ-İran müharibəsi fonunda “Tramp yolu”nun tikintisinin ləngiyə biləcəyini deyib.

Politoloq Elxan Şahinoğlu Medianews.az-a bildirib ki, ilk baxışdan Paşinyan bu açıqlaması ilə Vaşinqtonun İrana qarşı müharibəsinin dəhlizin tikintisini arxa plana keçirdiyini demək istəyib: “Ancaq Paşinyanın bu açıqlamasını həm də Tehranı sakitləşdirməyə çalışması kimi dəyərləndirmək mümkündür. İrandakı mühafizəkar qüvvələr İkinci Qarabağ müharibəsi bitən gündən “Zəngəzur dəhlizinin əleyhinəyik” deyirdilər. Onların bu mövqeyi “Tramp yolu” üçün də eynidir. İran sağa-sola dron və raket atsa da, Ermənistana hələ toxunmayıb. Ancaq hazırda İranı idarə edən generallar Ermənistanı da hədəf seçə bilərlər.

Doğrudur, Tehran illər boyu Ermənistan hakimiyyəti ilə əlbir olub, ancaq Nikol Paşinyanın Qərblə yaxınlığı İrandakı dairələri narahat etməyə bilməz. Paşinyanın “Tramp yolu”nun keçdiyi istiqaməti ABŞ-a icarəyə verməsi də iranlı genaralların diqqət mərkəzindədir. Odur ki, Azərbaycana dron atanlar Ermənistanı da hədəf seçə bilərlər. Bu Paşinyanı devirmək istəyən Rusiyadakı qüvvələrin, o cümlədən erməni radikalların maraqlarına cavab verər”.

Medianews.az

Bizə qoşulun