Medianews.az
Planetin ən yaxşı 100 futbolçusunun
274 baxış

Planetin ən yaxşı 100 futbolçusunun reytinqi tərtib edildi

Britaniya jurnalı "FourFourTwo" dünyanın ən yaxşı 100 futbolçusunun reytinqini tərtib edib.

Oxu.Az xəbər verir ki, reytinqin tərtibində jurnalistlər, analitiklər və futbol mütəxəssisləri iştirak ediblər.

Səsverməyə əsasən, "Barselona"nın qanad oyunçusu Lamin Yamal birinci yeri tutub. "Mançester Siti"nin hücumçusu Erlinq Holand ikinci olub. "Bavariya"nın hücumçusu Harri Keyn isə ilk üçlüyü tamamlayıb.

İlk 10-luqda aşağıdakı futbolçular yer alıblar:

Lamin Yamal ("Barselona");

Erlinq Holand ("Mançester Siti");

Harri Keyn ("Bavariya");

Usman Dembele (PSJ);

Kilian Mbappe ("Real Madrid");

Rafinya ("Barselona");

Pedri ("Barselona");

Xviça Kvaratsxelia (PSJ);

Nuno Mendeş (PSJ);

Bukayo Saka (Arsenal).

Xatırladaq ki, Dembele daha əvvəl "Qızıl top" mükafatını qazanıb və həmçinin FIFA-nın "İlin oyunçusu" seçilib.

Bizə qoşulun