Medianews.az
“Real”a keçmək üçün İngiltərə nəhənglərinin
119 baxış

“Real”a keçmək üçün İngiltərə nəhənglərinin təkliflərini rədd etdi

“Komo”nun yarımmüdafiəçisi Niko Pas “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Arsenal”dan gələn təklifləri rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 21 yaşlı argentinalı futbolçu akademiyasının yetirməsi olduğu “Real”a qayıtmaq istəyir. Qeyd olunur ki, Madrid klubunda yarımmüdafiəçidə ciddi potensial görürlər və onu 2026-cı ilin yayında geri almağa hazırdırlar.

Cari mövsümdə Niko Pas bütün turnirlərdə 16 oyunda iştirak edib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Bizə qoşulun