Medianews.az
Premyer Liqa:
140 baxış

Premyer Liqa: 31-ci tura yekun vurulur

Bu gün Misli Premyer Liqasında 31-ci tura iki oyunla yekun vurulacaq.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, günün ilk matçında avrokuboklara vəsiqəni rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcəklər.

Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.

"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu pillədədir.

Misli Premyer Liqası

XXXI tur, III dövrə

10 may

17:00. "Turan Tovuz" - "Karvan-Yevlax"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov;

VAR: Elçin Məsiyev;

AVAR: Namik Hüseynov;

Hakim-inspektor: Əmrah İbrahimov;

Tovuz şəhər stadionu.

19:30. "Neftçi" - "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov;

VAR: Rəşad Əhmədov;

AVAR: Müslüm Əliyev;

Hakim-inspektor: Asim Xudiyev;

"Palms Sports Arena".

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.

Bizə qoşulun