İngiltərənin "Bornmut" komandası İtaliya təmsilçisi "Milan"ın müdafiəçisi Aleks Himenesi birdəfəlik transfer edib.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı ispaniyalı futbolçu 2025-ci ilin sentyabrından etibarən "Bornmut"da icarə əsasında çıxış edirdi. O, cari mövsüm bu klubun heyətində 23 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Aleks Himenesin "Milan"la müqaviləsi 2028-ci ilədək qüvvədə idi.