Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovu prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.
Putin bu haqda Fərman imzalayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İvanov öz istəyi ilə istefa verib.
“Sergey Borisoviç özü bu istəyi ifadə edib və buna görə də Fərman imzalanıb”, - Peskov qeyd edib./Qafqazinfo.az/