Futbol üzrə Türkiyə Superliqasında XXII tura start verilib.
Medianews.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"Qalatasaray" öz meydanında "Eyüpspor"u 5:1 hesabı ilə darmadağın edib.
Digər oyunda "Samsunspor" səfərdə "Antalyaspor"a 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, turnir cədvəlinə 55 xalla "Qalatasaray" başçılıq edir.