“Qarabağ” futbol klubu akademiyada işləyən bütün məşqçilərlə müqavilənin müddətini uzatmaq istəyir. Medianews.az bildirir ki, bu barədə AZƏRTAC-a akademiyasının meneceri Nail Kərimov məlumat verib.
Funksioner bununla bağlı məşqçilərə təklif göndərildiyini bildirib: “Bizim tərəfimizdən onlara yeni müqavilənin bağlanması ilə bağlı təklif irəli sürülüb. Əlbəttə ki, mütəxəssislərin də fikriləri önəmlidir. Yəqin ki, mayın sonunda rəsmi qərar açıqlanacaq”.
Qeyd edək ki, “Qarabağ” futbol klubunun akademiyasında Rauf Əliyev, Maksim Medvedev və Raşad Sadiqov kimi tanınmış veteran futbolçular işləyir.